Beyrutdan vasitəçilər, ilk növbədə Qərb ölkələrindən gələn çoxsaylı təkliflərə baxmayaraq, İsrail Livanla atəşkəsi rədd etdi.
"Operativ Məlumat Mərkəzi-OMM" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Livanın Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah Bu Həbib deyib.
"İndi yol ayrıcındayıq, bəli qorxuruq, amma İsrailin Livana piknik üçün gəlib müharibə başlada biləcəyini düşünməsinə imkan verməyin. Onsuz da bu müharibə regional xarakter daşıyacaq. Hizbullahla oynamamaq daha yaxşıdır", - deyə nazir bildirib.
Həbibin sözlərinə görə, Livan tərəfi vasitəçilərdən məlumat alır ki, İsrail sərhəddəki vəziyyətlə bağlı danışıqlara inanır, lakin eyni zamanda hədə mesajları da var.