Əsas məzmuna keç

Beyrut yaxınlığında dron hücumu: 8 Hizbullah üzvü öldürüldü

Beyrut yaxınlığında dron hücumu: 8 Hizbullah üzvü öldürüldü

İsrail PUA-ları Livanın Ciyah və Saadiyat ərazilərində avtomobilləri vurdu. Magistral yoldakı zərbədə 8 nəfər həyatını itirdi. Şiə qruplaşmasının itkiləri artır.

en ru

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları –Səidə magistral yolunda üç vasitəsini hədəf alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı səhiyyə qurumları yayıb.

Hücum nəticəsində 8 nəfər həyatını itirib. Daha əvvəl 4 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Məlumata əsasən, zərbələr Livan paytaxtı Beyrutdan təxminən 25 kilometr cənubda Ciyah şəhəri yaxınlığında iki avtomobili, daha sonra isə Saadiyat bölgəsində daha bir nəqliyyat vasitəsini hədəfə alıb.

Bildirilir ki, ölən 8 nəfərin hamısının şiə təşkilatı Hizbullahın üzvləri olduğu ehtimal edilir. Onların döyüşlərin davam etdiyi cənub bölgələrinə doğru hərəkət etdiyi qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…