Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı nifrət siyasətinə biganə qalmamalıdır

Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı nifrət siyasətinə biganə qalmamalıdır
14.08.2023 11:20
Aa
dəq

Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı daha da kəskinləşən nifrət siyasətinə biganə qalmamalıdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təmininə əsas təhdid kimi çıxış edən amillərdəndir. Hazırda sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, ölümlə təhdid edən açıqlamaların verilməsi, təhqiredici ifadələrdən geniş şəkildə istifadə edilməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin nəticəsidir.

Təəssüflə bildiririk ki, Ermənistan tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı bu məqsədlə atılan addımlar nəinki səngimir, əksinə son zamanlar daha da kəskin şəkil almaqdadır. Bu günlərdə Ermənistanın yerli və beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edən əsassız təbliğatına dəstək verən bir sıra bəyanatların da iki ölkə arasında ədalətli sülhün təmininə deyil, qarşıdurmanın yenidən alovlanmasına xidmət etdiyini vurğulamaq istərdik.

Bu baxımdan, bir daha bölgədə sülhün bərqərar olunmasının vacibliyini qeyd edir, Ermənistanın hakim dairələrini, nüfuzlu insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini beynəlxalq hüququn tələblərinə hörmət etməyə və ədaləti mövqe tutaraq nifrət siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırırıq.

Bildirilib ki, Ermənistanın Azərbaycanofobiya siyasətinin nəticələrini özündə əks etdirən materiallar mütəmadi olaraq monitorinq edilərək beynəlxalq təşkilatların diqqətinə çatdırılır.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu