Əsas məzmuna keç

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna məxsus...

Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…