Əsas məzmuna keç

Beyləqanda kollektora düşmüş avtomobil sudan çıxarılıb, sürücü hələ tapılmayıb

Beyləqanda kollektora düşmüş avtomobil sudan çıxarılıb, sürücü hələ tapılmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri minik avtomobilinin sürücüsünün axtarışlarını davam etdirir. Sürücünün hərbçi olduğu bildirilir....

Beyləqanda Baş Mil-Muğan kollektoruna düşmüş tapılıb və sudan çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin () xilasediciləri avtomobilinin sürücüsünün axtarışlarını davam etdirir.

Sürücünün hərbçi olduğu bildirilir.

12:42***

Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…