Əsas məzmuna keç

Bəşər Əsədin hakimiyyəti devrildi

Bəşər Əsədin hakimiyyəti devrildi

Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib. “Suriya ordusunun komandanlığı prezident Bəşər...

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa Dəməşqi ələ keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

“Suriya ordusunun komandanlığı Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.

“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.

Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…