Əsas məzmuna keç

"Benfika" "Çelsi"nin müdafiəçisini heyətinə qatmaq istəyir

"Benfika" "Çelsi"nin müdafiəçisini heyətinə qatmaq istəyir

Portuqaliya klubu İngiltərə təmsilçisinin müdafiəçisi Tosin Adarabioyo ilə maraqlanır.

en ru

“”nin mərkəz müdafiəçisi Tosin karyerasını Portuqaliyada davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Correio da Manhã" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Benfika" klubunun transfer hədəfləri sırasındadır.

Mənbə qeyd edir ki, oyunçunun transferində şəxsən “Benfika”nın Marku Silva maraqlıdır.

Mütəxəssis və futbolçu daha əvvəl İngiltərənin "Fulhem" klubunda birgə çalışıblar. Bu amil transferin baş tutma ehtimalını artıran əsas faktorlardan biri kimi qiymətləndirilir.

Ötən mövsüm ərzində Adarabioyo bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və rəqib qapılarına 2 dəfə yol tapıb.

Qeyd edək ki, müdafiəçinin "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalı isə təcrübəli oyunçunun bazar dəyərini 16 milyon avro olaraq qiymətləndirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…