Belarusun “Lemt” şirkəti Ər-Riyadda keçirilən 2026-cı il Dünya Müdafiə Sərgisində bütün növ pilotsuz uçuş aparatlarını məhv etmək və optik sistemləri sıradan çıxarmaq üçün hazırlanmış ilk lazer silahını təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bildirilib ki, yeni silah şəhər ərazilərində hərbi və mülki obyektlərin qorunması məqsədilə istifadə oluna bilər. Şirkət nümayəndələrinin sözlərinə görə, lazer qurğusunun nişan alınması, hədəfə yönəldilməsi və stabil saxlanılması asandır.
Məlumata əsasən, silahın təsir məsafəsi 50-500 metr təşkil edir. Lazerin gücü 0,75-2,0 kVt aralığındadır. Qurğunun çəkisi isə 4-4,5 kiloqramdır.
Qeyd edək ki, 2026-cı il Dünya Müdafiə Sərgisi 8-12 fevral tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.