Əsas məzmuna keç

"Belə gənclərlə gələcəyə ümidliyik"

"Belə gənclərlə gələcəyə ümidliyik"

bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında deyib. O,...

“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandasının Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali yığması (0:0) ilə keçirilən yoxlama görüşü barədə də danışıb: "Qısa müddətdə əksər futbolçulara şans verməyə . Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalıb (0:0).

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…