Əsas məzmuna keç

BƏƏ Hörmüz boğazındakı vəziyyətlə bağlı beynəlxalq reaksiya tələb edir

BƏƏ Hörmüz boğazındakı vəziyyətlə bağlı beynəlxalq reaksiya tələb edir

Əbu-Dabi XİN strateji su yolunun iqtisadi şantaj vasitəsinə çevrilməsini pislədi. ABŞ və İran arasındakı atəşkəs fonunda qlobal enerji bazarını nə gözləyir?

en ru

boğazından dünya birliyinə siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri () Nazirliyinin bəyanatında deyilir.

XİN-dən bildirilib ki, Hörmüz boğazı qlobal təchizatının təxminən beşdə biri üçün həyati bir keçiddir və beynəlxalq ticarətdə mühüm rol oynayır.

"Hörmüz boğazından iqtisadi məcburiyyət və ya vasitəsi kimi istifadə edilməsini qəti şəkildə rədd edir və kollektiv beynəlxalq reaksiya tələb edirik, çünki bu, regiondan kənara çıxaraq bütövlükdə qlobal iqtisadiyyata təsir edən iqtisadi müharibə və piratçılıqdır", - bəyanatda qeyd edilib.

XİN vurğulayıb ki, BƏƏ ABŞ və İran arasında iki həftəlik atəşkəs fonunda regiondakı vəziyyəti diqqətlə izləyir və İranın bölgədəki bütün hərbi əməliyyatların dərhal dayandırılmasına dair tam öhdəliyini təmin etmək üçün sazişin müddəaları ilə bağlı əlavə aydınlaşdırmaların alınmasının vacibliyini təsdiqləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…