Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BDYPİ sürücülərə müraciət etdi - 05.09.2025

2 dəq
Paylaş:
BDYPİ sürücülərə müraciət etdi - 05.09.2025

qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bubarədə Baş Dövlət İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, belə hallarda görünüş dairəsi məhdudlaşır, vasitələrinin təkərlərinin yol ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur.

Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır. Bu tələblərə riayət olunması təhlükəsizliyin təmin olunması və qəzaların qarşısının alınması üçün əsas şərtdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax