Əsas məzmuna keç

“Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq”

“Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq”

bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Deputat bildirilib ki, CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Novruz Bayramı günləri üçün regionlarımızda istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar”

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu deputat hesabında paylaşıb.

Deputat bildirilib ki, CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə olacaq.

“Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır.

Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər.

Buna görə də, azulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”, - deyə Vüqar Bayramov qeyd edib.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 27 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 28 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 80 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…