ABŞ prezidenti Co Baydenin reytinqi karyerasının ən aşağı səviyyəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Langer Research Associates" şirkətinin "ABC News" və "Washington Post" üçün keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Nəticələrə görə, Baydenin fəaliyyətini bəyənənlər 36 faizə düşüb. Bu, fevralla müqayisədə 6 faiz, 2022-ci ilin əvvəlindəki minimumdan isə 1 faiz aşağı olub.