ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində iştirak edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Prezident çıxışında qeyd edib ki, hər nəslin demokratiya üçün ayağa qalxmalı olduğu an var.
"Buna görə də mən ABŞ prezidenti vəzifəsinə yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm. Bizə qoşul. Gəlin bu işi bitirək”, - deyə Bayden qeyd edib.