ABŞ prezidenti Co Bayden Vaşinqtonla Moskva arasında məhbus mübadiləsini təmin etmək üçün digər ölkələri öz maraqlarına zidd hərəkət etməyə çağırdığını etiraf edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bununla bağlı ən sərt çağırış digər ölkələr üçün oldu, çünki mən onlardan öz maraqlarına zidd olan bəzi şeylər etmələrini xahiş etdim. Və bunu etmək onlar üçün çox çətin idi, xüsusən də Almaniya və Sloveniya üçün", - deyə Bayden qeyd edib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti daha əvvəl bildirmişdi ki, NATO-nun bir neçə ölkəsində həbs edilmiş və ya məhkum olunmuş səkkiz Rusiya vətəndaşı Ankara hava limanında məhbus mübadiləsindən sonra ölkələrinə qayıdıb. Mübadilə edilənlər arasında Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş Krasikov adlı Rusiya vətəndaşı da olub.
Bayden bildirib ki, Rusiya məhbus mübadiləsi çərçivəsində Rusiyada casusluqda təqsirli bilinən keçmiş ABŞ dəniz piyadası Pol Uilan və "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviç də daxil olmaqla 16 nəfəri azad edib.