Əsas məzmuna keç

Bavi qasırğası Çini vurdu: Təcili təxliyə başladı

Bavi qasırğası Çini vurdu: Təcili təxliyə başladı

Bavi tayfunu Çinin şimal-şərq bölgələrində ciddi dağıntılara səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində minlərlə sakin evlərindən köçürülür.

en ru

Çinin şərq sahillərinə yaxınlaşan "Bavi" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.

Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.

Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…