Əsas məzmuna keç

Baş prokuror Qobustanda vətəndaşları qəbul edəcək

Baş prokuror Qobustanda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Qobustan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Baş prokuror...

Əliyev rayonunda vətəndaşları qəbul edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Baş prokuror Kamran Əliyev mayın 13-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, və Ağsu rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…