"Barselona"nın vingeri Fermin Lopez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Məlumata görə, 21 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə Londonun "Çelsi" klub maraqlanır.
“Təqaüdçülər”in rəhbərliyi Lopezin alınması üçün təxminən 40 milyon avro ayırmağa hazırdır.
Ferminin "blaugrana" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
Lopes İspaniya La Liqasının cari mövsümündə 23 oyun keçirib. Yarımmüdafiəçi 3 qol vurub və 4 məhsuldar ötürmə edib.