Əsas məzmuna keç

Banqladeşdə qaçqın düşərgələrində 10 nəfər ölüb

Banqladeşdə qaçqın düşərgələrində 10 nəfər ölüb

Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının qaldığı düşərgələrdə musson yağışlarının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 10 nəfər...

Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının qaldığı düşərgələrdə yağışlarının yaratdığı və sürüşməsi nəticəsində 10 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qaçqınlara Yardım və Repatriasiya üzrə Komissar Mizanur açıqlamasında bildirib ki, 8, 9, 10 və 14 saylı düşərgələrdəki kazarmalar sel suları və torpaq altında qalıb. İlkin məlumatlara görə, ölənlərdən 9-u Rohinca müsəlmanı və 1-i Banqladeşli olub.

Xatırladaq ki, əksəriyyəti Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanı Banqladeşin paytaxtı Dəkkədən təxminən 300 kilometr cənub-şərqdə yerləşən Koks Bazarda yaşayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…