Operativ Məlumat Mərkəzi

Banqladeşdə iğtişaşlarda ölənlərin sayı 560 nəfərə çatıb

1 dəq
Paylaş:
Banqladeşdə iğtişaşlarda ölənlərin sayı 560 nəfərə çatıb
bu barədə "Prothom Alo" xəbər agentliyinin məlumat yayıb. Baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 ölüm hadisəsinin baş verdiyi...

Banqladeşdə son həftələrdə baş verən etirazlar, iğtişaşlar və qarşıdurmalarda ən azı 560 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Prothom Alo" xəbər agentliyinin məlumat yayıb.

Baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 ölüm hadisəsinin baş verdiyi məlum olub. Bundan əvvəl iyulun 16-dan avqustun 4-dək baş verən qarşıdurmalarda təxminən 328 nəfər həlak olmuşdu.

Avqustun 5-də hökumət əleyhinə kütləvi etirazlar fonunda Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Bundan sonra müvəqqəti hökumət qurulub.

Etirazlardan sonra ölkənin bir çox şəhərində iğtişaşlar başlayıb. Bu etirazlarda iştirak edən əsas insanlar yüksək işsizlikdən və gələcəyin olmamasından narazı olan tələbə gənclər idi. Şeyx Hasinanın istefasından əvvəl onlar 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotası sisteminə etiraz etmişdilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər