Əsas məzmuna keç

Pakistanda Xameneinin ölümünə görə komendant saatı elan edildi

Pakistanda Xameneinin ölümünə görə komendant saatı elan edildi

İranın ali lideri Əli Xameneinin öldürülməsi xəbərindən sonra Pakistanda başlayan etirazlar qanlı toqquşmalara çevrilib.

en ru

Pakistanda İranın dini lideri Ayətullah Əli Xameneinin və İsrail tərəfindən təşkil edilən hücum nəticəsində öldürülməsi xəbəri ölkədə kütləvi iğtişaşlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Dawn" qəzetinə istinadən xəbər verir ki, xüsusilə Gilgit-Baltistan bölgəsində nümayişlər şiddətli xarakter alıb.

Hadisələrin gərginləşməsi ilə əlaqədar Skardu şəhərində saatı elan edilib.

Etirazçılar Təşkilatının (BMT) ofislərinə hücum edib, təhsil müəssisələrini və məntəqələrini yandırıblar.

Yerli polis əhalini təmkinli olmağa çağıraraq, dövlət əmlakının qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.

Bölgədəki bütün xarici turistlər təhlükəsiz ərazilərə təxliyə edilib. Strateji yollar təhlükəsizlik səbəbindən hərəkət üçün bağlanıb. Mağazalar, bazarlar və ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırılıb.

Qeyd edək ki, dalğası Pakistanın digər böyük şəhərlərini də bürüyüb. Qaraçi şəhərində ABŞ konsulluğuna hücum etməyə çalışan qrupla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Paytaxt İslamabadda 2, Gilgit-Baltistan bölgəsində isə 12 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Hazırda ölkənin bir çox regionunda vəziyyət gərgin olaraq qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…