Operativ Məlumat Mərkəzi

Balakəndə ətraf mühiti çirkləndirənlər cəzalandırılıblar

1 dəq
Paylaş:
Balakəndə ətraf mühiti çirkləndirənlər cəzalandırılıblar
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik...

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər