Əsas məzmuna keç

"Baku Electronics" piyada səkisini zəbt etdi - Şirkət SUSDU, İcra Hakimiyyəti QANUNSUZDUR DEDİ

"Baku Electronics" piyada səkisini zəbt etdi - Şirkət SUSDU, İcra Hakimiyyəti QANUNSUZDUR DEDİ

Xırdalanda mağazanın qanunsuz tikintisi vətəndaşları qəzəbləndirib. Abşeron Rayon İcra Hakimiyyəti məsələyə müdaxilə edəcəkmi? Şirkətin susqunluğu sual doğurur.

en ru

Xırdalan şəhərində yeni istifadəyə verilməsi nəzərdə tutulan "Baku " mağazasının qarşısında aparılan sakinlərin və piyadaların ciddi narazılığına səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM”-in qaynar xəttinə daxil olan videoçəkilişlərdə mağazanın giriş hissəsində yeni pilləkənin inşa edildiyi və bunun nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunduğu aydın görünür.

Bildirilir ki, obyektin kənarlarında artıq iki pilləkən mövcuddur. Əlavə üçüncü pilləkənin tikilməsi isə piyada keçidini daha da daraldaraq xüsusilə yaşlıların, uşaq arabası ilə hərəkət edən valideynlərin və fiziki məhdudiyyətli şəxslərin gediş-gəlişində ciddi çətinliklər yaradıb.

Məsələ ilə bağlı "Baku Electronics"in mətbuat xidmətinə sorğu ünvanladıq. Şirkətdən aparılan tikinti işlərinin hüquqi əsasları, müvafiq icazələrin mövcudluğu və əlavə pilləkənin tikilmə zərurəti barədə açıqlama istədik.

Lakin şirkətin əməkdaşı Nigar Zeynalova açıqlamasında hazırda məzuniyyətdə olduğunu bəhanə edərək sualları cavablandırmaqdan imtina etdi. Məsələ ilə bağlı digər səlahiyyətli şəxsin əlaqə nömrəsini təqdim etmək xahiş edildikdə isə nümayəndəsi narazılıq edərək sorğuya cavab verilməyəcəyini qeyd etdi.

Bununla kifayətlənməyərək, piyada səki­sinin zəbt edilməsi ilə bağlı iddiaların və aparılan tikinti işlərinin hüquqi tərəflərinin araşdırılması məqsədilə Rayon İcra Hakimiyyətinə də rəsmi sorğu ünvanladıq.

Bildirildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında mövcud qeyri-yaşayış sahəsinə və zirzəmi sahəsinə pilləkən qəfəsinin quraşdırılması ilə bağlı müraciət əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanında şəxsi mülkiyyətdə olan torpaq sahəsində mövcud yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış və zirzəmi sahələrinə giriş üçün mövcud olan xarici pilləkən qəfəsinin quraşdırılmasına cəhdlər olunmuşdur. Vətəndaşa bununla bağlı aidiyyəti qurumlarla qanunvericiliyə uyğun qaydada razılaşdırılmaqla yenidən qurulmasınının mümkün olduğu bildirilmişdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…