Əsas məzmuna keç

Bakıda yük avtomobili mopedlə toqquşub, ölən var

Bakıda yük avtomobili mopedlə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Məlumata görə, Kamal Cəlilovun...

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Cəlilovun idarə etdiyi " HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub.

Hadisə nəticəsində ağır xəsarət alan F.Fəttayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…