Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda yağıntı rekordu yeniləndi: 100 ilin ən yüksək göstəricisi

1 dəq
Paylaş:
Bakıda yağıntı rekordu yeniləndi: 100 ilin ən yüksək göstəricisi

Hazırda Bakıda və yarımadasında intensiv xarakterli yağış davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə xidmətdən məlumat verilib.

Bildirilib ki, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının 36, 8 olub və bu, aylıq normanın 156 faizini edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 millimetr qeydə alınıb. Bu da aylıq normanın 508 faizinə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 millimetr düşüb və bu, aylıq normanın 352 faizini təşkil edib 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 millimetr olub ki, bu da aylıq normanın 542 faizini təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax