Əsas məzmuna keç

Bakıda və bir sıra rayonlarda dumanlı hava şəraiti müşahidə olunur

Bakıda və bir sıra rayonlarda dumanlı hava şəraiti müşahidə olunur

Abşeron, Naxçıvan və bölgələrdə görünüş 500 metrədək məhdudlaşıb, Kəlbəcərdə isə güclü külək əsir. Sürücülər üçün yaranan təhlükə və son hava proqnozu ilə tanış olun.

en ru

Yanvarın 31-i saat 13:00-a olan məlumata əsasən, ölkənin bir sıra ərazilərində dumanlı qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, , Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və Astara ərazilərində duman müşahidə olunur.

Məlumatda bildirilir ki, sözügedən bölgələrdə məsafəsi 500 məhdudlaşıb ki, bu da hərəkətində ehtiyatlı olmağı zəruri edir. Ümumilikdə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi yerlərdə cənub-qərb küləyi təsirini göstərir.

Küləyin sürəti ayrı-ayrı bölgələrdə xeyli güclənib. Belə ki, maksimal külək sürəti Kəlbəcərdə 20 m/s, Lerik, Şamaxı və Qobustanda 19 m/s, Yardımlı, Zəngilan və Daşkəsəndə 18 m/s, Cəbrayılda isə 17 m/s-dək qeydə alınıb.

Sinoptiklər mövcud hava şəraiti ilə bağlı sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edirlər.

Hava proqnozu

17° Bakıda indiYüngül leysan
  1. Bu gün Arabir yağış 18° 14° yağış 79%
  2. Sabah Çiskin 15° 11° yağış 84%
  3. Birisi gün Yüngül yağış 11° 8° yağış 89%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…