Operativ Məlumat Mərkəzi

Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanılıb

1 dəq
Paylaş:
Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanılıb
Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə "Operativ Məlumat...

Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər