Əsas məzmuna keç

Bakıda sakinlər yağış səbəbindən hotellərə yerləşdirildi

Bakıda sakinlər yağış səbəbindən hotellərə yerləşdirildi

Bakıdakı leysan fəsadlara yol açdı: BŞİH Sabunçu, Xəzər və Binəqədi sakinlərini təxliyə etməyə başladı. Köçürülmə prosesi və subasma ilə bağlı son təfərrüatlar.

en ru

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakının qəsəbələrində fəsadlarının aradan qaldırılması davam etdirilir.

Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.

Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, , Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

Vurğulanıb ki, hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…