Əsas məzmuna keç

Bakıda narkokuryerdə 13 kq narkotik aşkarlanıb- VİDEO

Bakıda narkokuryerdə 13 kq narkotik aşkarlanıb- VİDEO

rayonunda narkokuryerdən 13 kiloqram marixuana götürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin saxlanılıb.

Ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı başlanan üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…