Əsas məzmuna keç

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma olub

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma olub

Bakıda 83 nömrəli məktəb-liseydə şagirdlər arasında dava düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, X şagirdləri qovşaqda dalaşıblar və biri digərin bıçaqlayıb.

Məktəbdən bildirilib ki, təhsil ocağında iki nəfər 10-cu sinif şagirdi zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:

“ rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunublar. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, mayoru Anar Qafarov bildirib ki, hadisə həmin məktəbin 10-cu sinif şagirdləri arasında tənəffüs zamanı baş verib:

“Faktla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Şagirdin xəsarətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…