Əsas məzmuna keç

Bakıda maşını qəsdən yandıranlar saxlanıldı - Video

Bakıda maşını qəsdən yandıranlar saxlanıldı - Video

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə...

İyulun 27-də Sabunçu rayonu ərazisində sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…