Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb
05.05.2023 16:53
Aa
dəq

İyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.

M.Məmmədov 2023-cü ildə Azərbaycanda başqa şahmat yarışlarının təşkil ediləcəyini də əlavə edib.

Federasiya rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023”də 600-dən çox iştirakçı çıxış edir: “Bir çox seksiyalarda şahmatçılar yarışa başlayıblar. Həm uşaqlar, həm gənclər, həm də 2600-2700 reytinqinə malik püxtələşmiş qrossmeysterlər, o cümlədən, veteranlar mübarizə aparırlar. Bu, Azərbaycan Şahmat Federasiyasının yubiley ili çərçivəsində təşkil etdiyi silsilə tədbirlərdən biridir”.

Qeyd edək ki, “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 23 ölkənin təmsilçisi yer alıb.

Həftənin ən çox oxunanları

Məşhur güləşçinin atası rəhmətə gedib

Məşhur güləşçinin atası rəhmətə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Murad Məmmədov Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
DAVAMIN OXU davamın oxu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
DAVAMIN OXU davamın oxu