Operativ Məlumat Mərkəzi

Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib

1 dəq
Paylaş:
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və...

Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

"Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər