Operativ Məlumat Mərkəzi

Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb

1 dəq
Paylaş:
Bakıda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb

Paytaxtın Nəsimi rayonunda idarəetməni itirən avtomobil işıqforu yararsız hala salıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər