Əsas məzmuna keç

Bakıda yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırıldı

Bakıda yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırıldı

bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, Formula 1 Azərbaycan Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə...

"Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, Formula 1 Qran-Prisi 2025 başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və Azneft dairəsindəki tribunalarda tam işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində, saat 06:00-dan etibarən, Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir", - məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…