Əsas məzmuna keç

Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib

AYNA-nın qərarı ilə 2, 10, 20 və 88A nömrəli avtobusların dayanacaq ünvanları yeniləndi. 28 May Nəqliyyat Mübadilə Mərkəzindəki sıxlıq necə aradan qaldırılacaq?

en ru

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-Ə AYNA-dan məlumat verilib.

Məlumata görə,

Dəyişikliklər belədir:

2 nömrəli :

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…