Əsas məzmuna keç

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” beynəlxalq şahmat festivalı...

Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “ - 2024” beynəlxalq şahmat festivalı təşkil ediləcək.

AŞF-nin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı iyunun 15-dək müəyyən ediləcək.

İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open - 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq.

Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…