Əsas məzmuna keç

Bakıda beynəlxalq ekoloji forum keçiriləcək

Bakıda beynəlxalq ekoloji forum keçiriləcək

İyunun 27-28-də Bakıda “Yaşıl dünya naminə : Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən () məlumat verilib.

Bildirilib ki, ETSN, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətraf mühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət, ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu qlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…