Əsas məzmuna keç

Bakıda bayram tonqalı yanğına səbəb oldu

Bakıda bayram tonqalı yanğına səbəb oldu

hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qurumun “112”...

Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci , 20 Yanvar küçəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı iki şam ağacına keçdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 26 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 27 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 79 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #bayram#mikrorayon
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…