Bakıda avtomat, qumbara, siqnal minaları və sursat tapılıb

Bakıda avtomat, qumbara, siqnal minaları və sursat tapılıb
22.11.2023 09:58
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

"FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu, 2 ədəd AKM avtomatının darağı, 1 ədəd TT tapançasının darağı, 1 ədəd Makarov tapançasının darağı, 2 ədəd F-1 əl qumbarası, 10 ədəd CM-320 siqnal minası, 7 ədəd MUV-1, 180 ədəd kapsul detonator, 4 ədəd NSP siqnal patronu, 2 ədəd siqnal minası, 43 ədəd müxtəlif çaplı patron, 1 ədəd 7.62 mm-lik təlim mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Həftənin ən çox oxunanları

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
DAVAMIN OXU davamın oxu