Əsas məzmuna keç

Bakıda 21 kq marixuana ələ keçirildi

Bakıda 21 kq marixuana ələ keçirildi

DİN-in əməliyyatı ilə İsmayıl Muradov və Çingiz Quliyev saxlanılıb. İranla əlaqəli şəxslərin paytaxtdakı gizli narkotik şəbəkəsi ifşa olundu. Əməliyyatın detalları:

en ru

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Əməliyyat zamanı 28 yaşlı İsmayıl və 32 yaşlı Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onlara baxış keçirilərkən ümumi çəkisi 21 kiloqram olan, tərkibinə müxtəlif zərərli maddələr qatılmış marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər istintaqla kimliyi dəqiqləşdirilən İran vətəndaşı ilə cinayət əlaqəsinə giriblər. Onların narkotik vasitələri satış məqsədilə əvvəlcədən müəyyən edilmiş ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı açılıb. Məhkəmənin qərarı ilə İsmayıl Muradov və Çingiz Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…