Bakının əsas yollarında tıxac yaranıb və nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, paytaxt yollarındakı son vəziyyət barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) rəsmi məlumat yayıb.
Hal-hazırda Bakı yollarındakı vəziyyət və sıxlıq olan ərazilər aşağıdakılardır:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
- Babək prospekti, mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
- Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.