Əsas məzmuna keç

Bakı və Abşeronda güclü leysan: Aylıq norma 279% keçildi

Bakı və Abşeronda güclü leysan: Aylıq norma 279% keçildi

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir: Şahdağda qar, rayonlarda dolu, paytaxtda isə güclü leysan var. Mayın 17-si üçün ən son hava proqnozu və təfərrüat.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Mayın 17-i saat 10:55-ə olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağır, şimşək çaxır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə yağır. Qarın hündürlüyü Şahdağda 5 sm olub.

Hazırda Bakıda və yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın 117 %-i), Cəlilabadda 26 (aylıq normanın 64%-i), Kürdəmirdə 25 (aylıq normanın 66%-i), Biləsuvarda 24 (aylıq normanın 75%-i), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 mm-dir.

Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11 mm, Ağsu şəhərinə isə diametri 3 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitnin mayın 17-si gün ərazində davam edəcəyi gözlənilir.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…