Əsas məzmuna keç

Bakı-Tbilisi qatar biletlərinin qiyməti açıqlandı

Bakı-Tbilisi qatar biletlərinin qiyməti açıqlandı

Gürcüstan paytaxtına dəmir yolu səfərləri üçün yeni tariflər açıqlandı. ADY-nin beynəlxalq reysi üzrə bilet qiyməti və gediş şərtləri barədə detalları öyrənin.

en ru

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə " Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, minimum qiymətlər Yevlax–Tbilisi üzrə 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.

Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…