Bakı metrosunda qatar nasazlıq ehtimalı ilə texniki baxışa göndərilib

Bakı metrosunda qatar nasazlıq ehtimalı ilə texniki baxışa göndərilib
12.12.2024 10:42
Aa
dəq

Bakı metrosunda "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.

Həftənin ən çox oxunanları