Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti tam bərpa olunub və heç bir yubanma yoxdur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən rəsmi məlumat verilib.
Məlumata görə, yaranmış əlavə sərnişin sıxlığı da tamamilə aradan qaldırılıb.
Bakı metrosunun "Azadlıq prospekti" stansiyasında qatarda baş verən texniki nasazlıq səbəbindən sərnişinlər təxliyə edilib. Hadisə səbəbindən qatar yoxlanış üçün "Dərnəgül" stansiyasına göndərilib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən rəsmi məlumat verilib.
Məsələ ilə bağlı "Nərimanov" elektrik deposundan dərhal əvəzləyici qatar xəttə buraxılıb.
Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində qatarların hərəkət intervalında qısa müddətli gecikmə yaranıb.