Operativ Məlumat Mərkəzi

Bakı metrosuna 2 yeni qatar gətirilib

1 dəq
Paylaş:
Bakı metrosuna 2 yeni qatar gətirilib
bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. "3 il ərzində Bakı metrosuna 13 yeni qatar...

“Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"3 il ərzində Bakı metrosuna 13 yeni qatar və yaxud 65 yeni vaqon gətirməlidir. Bu qatarların 7-si 2024-cü ildə çatıdırılmalıdır. Yeni gətirilmiş 2 qatarın tənzimləmə-sınaq işləri müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra həyata keçiriləcək. Növbəti aylarda da gətiriləcək qatarlarla metropolitendə “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində qatarların böyük əksəriyyətini yeni nəsil qatarlar təşkil edəcək”, - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər