Əsas məzmuna keç

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

Bakı metropoliteni yay hərəkət qrafikinə keçib

ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə “ Metropoliteni”ndən məlumat verilib.

Bildirilib ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.

İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da arasında 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.

“28 May-İçərişəhər” və “28 May-Dərnəgül” istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.

dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…