Avropa və Asiya arasında körpü rolunu oynayan Bakı Limanında Zəfər Günü münasibətilə qeyri-adi aksiya keçirilib.
Bakı Limanından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, regionun ən müasir logistika mərkəzi olaraq iki qitə arasında təkərli texnika daşımaçılığında da xüsusi rol oynayan limanda, 26 TIR-dan istifadə edilməklə ZƏFƏR sözü həkk edilib və qələbənin rəmzi olan "Dəmir Yumruq" pankartı açılıb.
“Bakı Limanı olaraq Zəfər Günü münasibətilə hər bir Azərbaycanlını təbrik edirik!”, - məlumatda qeyd olunub.