Operativ Məlumat Mərkəzi

“Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Nizamnaməsi və strukturu təsdiqlənib

1 dəq
Paylaş:
“Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Nizamnaməsi və strukturu təsdiqlənib
bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib. “Azərsilah” Müdafiə Sənayesi...

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür.

Qurumun strukturuna QSC-nin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, eləcə də Təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər